Yuxarı

Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Tiflisdə V yubiley İpək Yolu Forumu işinə başlayıb.

Axar.az xəbər verir ki, Tiflis Opera və Balet Teatrında forumun rəsmi açılış mərasimi keçirilir.

Tədbirdə Gürcüstan, Azərbaycan və Ermənistanın Baş nazirləri – İrakli Kobaxidze, Əli Əsədov və Nikol Paşinyan iştirak edir. Hökumət başçıları açılış nitqləri ilə çıxış edəcəklər.

İ.Kobaxidzenin himayəsi altında təşkil olunan, əsas mövzusu və şüarı “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” (“Invest in Connectivity – Grow in Stability”) olan builki Tiflis İpək Yolu Forumuna 73 ölkədən 2 minə yaxın nümayəndə qatılıb. Tədbir yüksək vəzifəli siyasi xadimləri, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələrini, eləcə də regiondan kənar ölkələrin nazirlərini, aparıcı qlobal şirkətləri, beynəlxalq maliyyə institutlarını və ekspertləri bir araya gətirib.

İki gün davam edəcək forumun ilk günündə qlobal ticarət, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, energetika və rəqəmsal transformasiya mövzularında yeddi panel sessiyası təşkil olunacaq. Forum çərçivəsində sabah Tiflis Maliyyə Sammiti keçiriləcək.

Qeyd edək ki, birinci Tiflis İpək Yolu Forumu 2015-ci ildə baş tutub. Forum həm müxtəlif ölkələrin hökumətləri arasında dialoq, həm də dövlətlər, beynəlxalq təşkilatlar və biznes strukturları arasında çoxtərəfli əməkdaşlıq üçün yüksək səviyyəli beynəlxalq platforma kimi özünü təsdiqləyib.

Tarix
2025.10.22 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla