Yuxarı

Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

Tiflisdə keçirilən 5-ci İpək Yolu Forumu region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan forumda çıxışı zamanı deyib.

N.Paşinyan bəyan edib ki, bu platforma sayəsində Ermənistan Azərbaycanla sülhə daha da yaxınlaşıb.

O qeyd edib ki, Tiflis İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:

"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycan və Naxçıvanı birləşdirən sülh yolu açılacaq".

Paşinyan çıxışında Azərbaycan Respublikasının Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına da toxunub.

"Azərbaycan Prezidenti çox mühüm və pozitiv addım atdı. Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu sülh region üçün çox vacibdir", - deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Tarix
2025.10.22 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla