Yuxarı

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O xatırladıb ki, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq:

"Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55%-ə qədər idi, indi isə 37%-dir. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manata qədər 7%, 8 min manata qədər 10%, 8 min manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir".

Nazir qeyd edib ki, bunun özü də çox böyük bir güzəşdir:

"Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investasiya yatırımları, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır".

Tarix
2025.11.04 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla