Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Sərkisyan şousu: qiyamçılar belə təslim oldu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan polisi İrəvanda polis idarəsini ələ keçirən qruplaşma üzvlərinin təslim olma görüntülərini yayıb.

Axar.az xəbər verir ki, bu görüntülər Yutub sosial şəbəkəsində yerləşdirilib. Görüntülərdə bütün qruplaşma üzvlərinin polisə təslim olduğu məqamlar yer alıb.

Qeyd edək ki, bir müddət öncə İrəvanda polis idarəsi "Sasna çrer" qruplaşması tərəfindən ələ keçirilib. Qruplaşma binanı 15 gün ərzində öz nəzarətində saxlayıb. Onlar Jirayr Səfilyanın dərhal azadlığa buraxılmasını və Sərkisyanın istefaya getməsini tələb ediblər.

Əhali "Sasna çrer"ə dəstək verib və etiraz aksiyalarına başlayıb. Polislə toqquşmalarda 165 etirazçı xəsarət alıb, 100-ə yaxın şəxs saxlanılıb.

"Sasna çrer" silahlı qruplaşması iyulun 17-də PPX binasını ələ keçirərkən götürdüyü girovları iyulun 23-də azad edib. Buna baxmayaraq, polislə atışmada yaralanan qruplaşma üzvlərini xəstəxanaya aparmaq üçün gələn təcili yardım həkimlərindən 4 nəfəri yenidən girov götürülüb. Qruplaşma girovların müqabilində səhiyyə nazirinin onlara təslim olması tələbini irəli sürüb.

İyulun 30-da həkimləri də azad edən qruplaşmaya qarşı Ermənistan MTX tərəfindən növbəti əməliyyat təşkil edilib. Əməliyyatın aparılmasına səbəb kimi iyulun 30-da silahlı qruplaşmanın snayperdən açdığı atəşlə ərazini mühasirədə saxlayan polislərdən birini öldürməsi göstərilib. Lakin "Sasna çrer" bu iddianı rədd edib və polisi öldürmədiyini bildirib.

Ötən gün isə bu günlər ərzində 3 üzvünün yaralandığını (onlardan birinin vəziyyəti ağırdır), onlarla vətəndaşın xəsarət aldığını, polisin hakimiyyət oyununun qurbanı olduğunu bəyan edən qruplaşma birinci mərhələnin başa çatdığını və bundan sonra mübarizəni hərbi əsirlər kimi davam etdirməyə qərar verdiklərini elan edərək, təslim olublar. Ermənistan MTX isə onların təslim olmasını keçirilən əməliyyatla əlaqələndirib.

"Sasna çrer" üzvlərinin təslim olması ilə İrəvanda onlara dəstək mitinqi başlayıb. Ötən gün Azadlıq meydanına yığışan etirazçılar bu gün saat 19:30-da yeni mitinq təyin ediblər.

Analitiklər Ermənistanda baş verən bu son prosesləri Sərkisyanın Qarabağ danışıqlardan qaçmaq üçün hazırladığı oyun hesab edirlər.

Axar.az qruplaşma üzvlərinin ələ keçirilmə anlarını təqdim edir:

Tarix
2016.08.01 / 11:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezident fərmanı: sürücülər bundan sonra... - Ekspert

Bu xidmətlər hamısı ASAN-a verildi – Şərh

İlk dəfə idi ki, İran generalı Bakıda bu addımı atdı – Şərh

Prezident fərmanı: Hansı institutlar birləşir? - Ekspert

Baqirinin Bakı bəyanatı İrəvanda təlaş yaratdı

Bu məmurlardan maşınlar alınacaq - Fərman

Zamirənin 22 milyonluq əmlakı müsadirə edilə bilər

Rusiya razılıq verməyəcək: Türkiyə hücum edərsə... – Şərh

Bakının siyasəti: Artıq İran və Rusiya İrəvanla deyil…

Paşinyan Qarabağın həllinə hazırdırmı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla