Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Gülən zabitlərinin dəhşətli işgəncə metodu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin zabiti Kazım Çıraqoğlu FETÖ-çu zabitlərin ona verdiyi işgəncələrdən danışıb.

Axar.az xəbər verir ki, uşaqlıqdan pilot olmaq xəyalları qurduğunu deyən Çıraqoğlu Hərbi Hava Məktəbində yaşadığı əziyyətlərdən söz açıb. O, Fətullah Gülən tərəfdarı olan zabitlərin ona fiziki və psixoloji işgəncə verdiklərini bildirib:

"Bizə çox sərt təlimlər keçirdilər. Hələ mülki formada ikən məni yerdə sürünməyə məcbur etdilər. Huşumu itirdim, ayıldıb yenidən təlimə davam etməyə məcbur etdilər. Mənə deyirdilər ki, sən buranı bitirə bilməyəcəksən, nə qədər ki, gec deyil, ayrıl burdan. Ağıllı uşaqsan, get, tibb fakültəsində oxu.

Bir dəfə təlim zamanı bilmədən qarışqanı tapdaladığım üçün məni düz 7 saat qarışqadan üzr istəməyə məcbur etdilər. Davamlı olaraq 7 saat "Səndən üzr istəyirəm, qarışqa" dedim. Gündə, sadəcə, 1 saat yatmağa icazə verirdilər. Yuxudan oyandıranda da şlanqla üstümüzə buz kimi su vururdular".

Tarix
2016.08.01 / 18:03
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezident fərmanı: sürücülər bundan sonra... - Ekspert

Bu xidmətlər hamısı ASAN-a verildi – Şərh

İlk dəfə idi ki, İran generalı Bakıda bu addımı atdı – Şərh

Prezident fərmanı: Hansı institutlar birləşir? - Ekspert

Baqirinin Bakı bəyanatı İrəvanda təlaş yaratdı

Bu məmurlardan maşınlar alınacaq - Fərman

Zamirənin 22 milyonluq əmlakı müsadirə edilə bilər

Rusiya razılıq verməyəcək: Türkiyə hücum edərsə... – Şərh

Bakının siyasəti: Artıq İran və Rusiya İrəvanla deyil…

Paşinyan Qarabağın həllinə hazırdırmı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla