Yuxarı

AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...

Son zamanlar ölkədə baş verən kifayət qədər ciddi hadisələr - sosial şəbəkələrin hay-küy ovqatında, xüsusilə də bu seqmentdə artıq mənzillənməyə macal tapmış (təəssüf ki!!!) qaragüruhçuların bəsit, düşüncəsiz, söyüşçü müdaxilələrinin müşayiəti ilə layiqincə dərk edilməyə mane olur.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, ReAL TV-nin sahibi Mir Şahin Ağayev qeyd edib.

“Mən Əli Kərimliyə siyasətçi, eləcə də onun rəhbərlik etdiyi AXCP-yə siyasi təşkilat kimi yanaşmıram. Elə İsa Qəmbərə və onun rəhbərlik etdiyi “Müsavat”a da. Ola bilər ki AXCP-də də, “Müsavat”da da sadədil, vicdanlı, aldanmış şəxslər var, hətta onlarladır. Amma hətta belə ehtimalların özü də məni qənaətimdən daşındırmır! AXCP də, Müsavat da bağlanmağa, fəaliyyəti qadağan edilməyə layiq mütəşəkkil dəstələrdir. Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Məmməd İbrahim və başqaları ətrafında aparılan proseslər göstərir ki, sosial şəbəkələrdəki tərbiyəsizlər, qaragüruh törəmələri hələ də vəziyyətin ciddiliyini sonadək anlamır, ya da belə demək olar; ən azı “seymurhəzilik” edirlər!

Tövsiyə edirəm! Xəbərdarlıq edirəm! Təhqir və söyüşə yol verilməsin! Təhdidə, dövlətə etimadsızlıq çağırışlarına yol verilməsin!

Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və belə digərlərinin aqibətinə başa çatmaqda olan “Qaragüruh Dövrünün” sonu tək yanaşmağı tövsiyə edirəm!

O cameəyə Azərbaycan Dövlətini nəhayət ki sevməyə özünü öyrətməyi tövsiyə edirəm!

Xoş məramla bildirirəm: müalicə üçün başqa vaxtınız olmayacaq, xəyanətdən sədaqətə keçməyiniz üçün son şansı qaçırmayın! Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və bəzi digərlərinin isə qoy Allah bəsirət gözlərini açsın! Onların ən çox səsləndirdiyi şüar bu olub: “A-zad-lıq!” Mən də onlara cəhalətdən, xəyanətdən, sədaqətsizlikdən riyakarlıqdan, qarahüruhçuluqdan A-ZAD-LIQ! arzu edirəm”, - O bildirib.

Tarix
2025.12.01 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Minsk prosesinin bağlanması başa çatdırıldı

Əli Kərimliyə neçə il cəza verilə bilər?

Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?

Cəmil Həsənli sərbəst buraxıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla