Yuxarı

AŞPA bizdən bunu tələb edirdi!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın Azərbaycan haqda qəbul etdiyi qətnaməyə ən yaxşı cavab budur – Xankəndidə dalğalanan Müzəffər Azərbaycan bayrağı!

AŞPA-ya görə də, Qərbin bütün qərəzli strukturlarının istəyinə, məntiqinə görə də bu bayraq Xankəndidə olmamalı idi! Əsas məqsədləri bu idi: Biz burda – Xankəndidə olmamalı idik, mənim – bir azərbaycanlı jurnalistin ayağı bu yerlərə, bizə məxsus olan bu ərazilərə, öz vətənimizin bir parçasına dəyməməli idi! Bizdən bax, bunu tələb edirdilər.

Bütün avroşüvənliyin səbəbi budur! Azərbaycan dövləti, onun iradəli lideri İlham Əliyev o alçaldıcı şərtləri, təslimçilik tələblərini rədd elədi!

Biz qalib gəlməməli idik! Biz torpaq azadlığından danışanda onlar insan azadlığı kimi mütəhərrik və daha çox demaqogiyaya hesablanan mövzularla baş qatmalı idilər.

Biz 20 faiz torpaq, bir milyon qaçqın ritorikasında ilişib qalmalı idik. Azərbaycan həmişə, əbədi olaraq onun əyninə biçilmiş məğlubiyyət mühitinin içində yaşamalı idi. Hansısa Almaniyadan, Fransadan və s.-dən daim yardım diləməli, onların əlinə-dilinə baxmalı idi.

Bu idi onların əsas məqsədi: nə insan haqları, nə etnik təmizləmə... Əgər ermənilər özlərini çirk-kir hesab edərək, bu ərazilərdən könüllü gedişlərini təmizləmə sayırlarsa, bu, bizim problem deyil. Çünki Xankəndidə erməni evləri talanmayıb, dağıdılmayıb, burda yaşamağı seçmiş ermənilər tam təhlükəsiz şəraitlə təmin ediliblər. Gedənlərin babalı da elə onları qızışdıran Qərbin – Fransanın, indi həm də Almaniyanın boynunadır. Əgər təmizləmə varsa, bunu edən elə Qərbin özüdür.

AŞPA-nın qətnaməsi məhz Azərbaycanın haqqını, qələbəsini, ədalətini qəbul etməməklə bağlıdır. O qətnamə Xankəndidə ucalan Azərbaycan bayrağına qarşıdır! Dövlət suverenliyimizin bərpa olunmasına qarşıdır!

AŞPA Qərbin növbəti aləti kimi öz nifrətini, öz hikkəsini, ədalətli qələbəyə olan ənənəvi kinini bu qətnamə ilə ortaya qoydu. Bu qətnamə Səlib yürüşünün önündə gedən Fransanın Azərbaycana qarşı qətnaməsi, Borrellin Azərbaycana qarşı çıxışının davamıdır. Bu, hesablanmış, planlaşdırılmış beynəlxalq diversiya olmaqla, mütəşəkkil bir dəstənin təxribatıdır.

Azərbaycanla Ermənistan arasındakı sülh prosesində guya obyektiv rol oynadığını imitasiya edən AB-nin nüfuzu bu sənədlə sarsıdıcı zərbə aldı; AŞPA, Avropa, Fransa, Almaniya... – hər şeyi edirlər ki, tərəflər sülh gündəliyindən uzaqlaşsınlar. Çünki bu sülh gündəliyinin müəllifi müstəqil Azərbaycan dövlətidir.

Fransa xoruzunun quyruğu görünür, son rüsvayçılıqlar kontekstində Paris öz yerini Angela Merkelin vücudundan qalma Almaniyaya təhvil verməkdədir. Almaniyalı deputat Frank Şvabenin AŞPA-da antiazərbaycan nitqi ağzında bir fransız öpüşüdür ki var! Tarix boyu bir-birinin ayağına baxaraq mırıldaşan və bu minvalla hərəkət edən Fransa-Almaniya cütlüyü məhz bir müsəlman ölkəsinə qarşı barrikadadadırlar.
Əsla təəccüblənmərəm əgər bu günlərdə Bakıda ifşa olunmuş Fransanın casus şəbəkəsinin formalaşmasında Almaniyanın iştirakı aşkarlansa...

AŞPA-nın qətnaməsi AB-nin Qarabağa silahlı missiya göndərmək, Ermənistana göndərilən missiyanı Azərbaycanda da yerləşdirilmək, Laçın yoluna “missiya yollamaq” və s. cəhdlərin alınmamasının qisasıdır.
Aydındır ki, Azərbaycana qarşı yürüdülən Səlib yürüşündən bir nəticə hasil olmadığını görən AŞPA insan hüquqları demaqogiyasından istifadə elədi, təzyiq etmək istədi, amma Azərbaycan onları qabaqladı, axmaq, əbləh vəziyyətə saldı, son iclasa ümumiyyətlə qatılmadı, zalı başı uca şəkildə tərk elədi və bununla da islamafob, antiazərbaycan qurum ilə münasibətləri kəsdi.

Qərbi dəli edən odur ki, Azərbaycan xalqı bütün bu təzyiqləri dəf edən Prezident İlham Əliyevə tam dəstək verir, onların Azərbaycana, sadəcə, dişi batmır, çünki bu dişin Dəmir Yumruğa dəyib yerə tökülməsi ehtimalı realdır.

Bir daha AŞPA-nın qəbul etdiyi sənədə qayıdıram: AŞPA-ya biz ona görə üzv olmuşduq ki, Qarabağ probleminin həll olunmasına bu qurumun kömək edəcəyinə bel bağlayırdıq. Amma gördük və bir daha əmin olduq ki, əksinə, həll prosesinə mane olur və bizim olanı əlimizdən almaq istəyir bu qurum.

Qarabağ məsələsini özümüz həll elədik! Daha bizim AŞPA-ya, filana, filan-filan şuraya ehtiyacımız yoxdur.
Bizim Xankəndidə ucalan Bayrağa – dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün üzərində nida işarəsitək dayanan bu Bayrağa - ehtiyacımız var idi, onu da əldə elədik.

Bu Bayrağı tanımayanı biz dünəndən tanımırıq!

Tarix
2024.01.26 / 08:00
Müəllif
Mir Şahin
Digər xəbərlər

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

Mir Şahin bu xanımı yerlə-bir etdi - Video

Bu irin topasını şəxsən təmizləyəcəm

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Çingiz Abdullayevi onlar zəhərləyib...

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla