Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
02:13
| Ana səhifə Toplum |
|
Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, sərnişin daşıyan "Hyundai" markalı avtobus "Rənc Rover" markalı maşına arxadan çırpılıb.
Məlumata görə, qəza zamanı bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, azyaşlılar - 7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.06.15 / 18:49
|
Müəllif
Axar.az
|