Son zamanlar ölkədə baş verən kifayət qədər ciddi hadisələr - sosial şəbəkələrin hay-küy ovqatında, xüsusilə də bu seqmentdə artıq mənzillənməyə macal tapmış (təəssüf ki!!!) qaragüruhçuların bəsit, düşüncəsiz, söyüşçü müdaxilələrinin müşayiəti ilə layiqincə dərk edilməyə mane olur.
Mən Əli Kərimliyə siyasətçi, eləcə də onun rəhbərlik etdiyi AXCP-yə siyasi təşkilat kimi yanaşmıram. Elə İsa Qəmbərə və onun rəhbərlik etdiyi Müsavata da. Ola bilər ki AXCP-də də, Müsavatda da sadədil, vicdanlı, aldanmış şəxslər var, hətta onlarladır. Amma hətta belə ehtimalların özü də məni qənaətimdən daşındırmır! AXCP də, Müsavat da bağlanmağa, fəaliyyəti qadağan edilməyə layiq mütəşəkkil dəstədir. Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Məmməd İbrahim və başqaları ətrafında aparılan proseslər göstərir ki, sosial şəbəkələrdəki tərbiyəsizlər, qaragüruh törəmələri hələ də vəziyyətin ciddiliyini sonadək anlamır, ya da belə demək olar; ən azı “seymurhəzilik” edirlər!
Tövsiyə edirəm! Xəbərdarlıq edirəm! Təhqir və söyüşə yol verilməsin! Təhdidə, dövlətə etimadsızlıq çağırışlarına yol verilməsin!
Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və belə digərlərinin aqibətinə başa çatmaqda olan “Qaragüruh dövrü”nün sonu tək yanaşmağı tövsiyə edirəm!
O cameəyə Azərbaycan dövlətini nəhayət ki, sevməyə özünü öyrətməyi tövsiyə edirəm!
Xoş məramla bildirirəm: müalicə üçün başqa vaxtınız olmayacaq, xəyanətdən sədaqətə keçməyiniz üçün son şansı qaçırmayın! Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və bəzi digərlərinin isə qoy Allah bəsirət gözlərini açsın! Onların ən çox səsləndirdiyi şüar bu olub: “A-zad-lıq!” Mən də onlara cəhalətdən, xəyanətdən, sədaqətsizlikdən riyakarlıqdan, qarahüruhçuluqdan A-ZAD-LIQ! arzu edirəm.