Yuxarı

Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian

İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır, yekun razılaşma isə hələ formalaşdırılmayıb.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkə hesabında yazıb.

"İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir", - o bildirib.

Pezeşkianın sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib:

"Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq".

Qeyd edək ki, az öncə Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İranla ABŞ arasında anlaşma memorandumunu onlayn şəkildə imzaladığı haqda məlumat yayılıb.

Tarix
2026.06.15 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla