Yuxarı

Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

ABŞ Prezidenti Donald Tramp deyib ki, guya Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonun hazırladığı sülh planının məzmununu oxumayıb. Deyəsən, Tramp hər dəfə Zelenskini aşağılamaqdan həzz alır. Müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısı ona təqdim olunan sülh planını necə oxumaya bilər? Əgər həmin planı müharibəyə dəxli olmayan siyasətçilər və ekspertlər az qala lupa ilə oxuyublarsa, necə ola bilər ki, Zelenski ölkəsinin və bəlkə də özünün siyasi taleyini həll edə biləcək planı diqqətlə incələməsin?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Trampın digər iddiasına görə, guya Zelenskinin komandası sülh planından məmnundur, amma Ukrayna prezidenti yox. Bu cümlədə də iki ziddiyyətli məqam var. Birincisi, Tramp bir tərəfdən deyir ki, Zelenski planı oxumayıb, o biri tərəfdən də vurğulayır ki, Ukrayna prezidenti plandan məmnun qalmayıb. Demək, Zelenski planı oxuyub ki, sənəddən məmnun qalmayıb. İkincisi, Zelenski ilə yanaşı, onun komanda üzvləri də Vaşinqtonun planından məmnun deyillər. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Skay Nyus” kanalına müsahibəsində Ukraynanın hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər. Bu, Sırskinin hamıya, o cümlədən Prezidenti Vladimir Zelenskiyə də mesajıdır ki, işğalçı Rusiyaya güzəştə getməsin”, - o bildirib.

Politoloqun fikrincə, Donald Trampın Zelenskini niyə hədəf seçməsi onun açıqlamasının sonrakı hissəsindən aydın olur:

“Ağ Ev sahibi Rusiyanın Vaşinqtonun planından razı qaldığını iddia edib. Halbuki Rusiya Prezidenti Vladimir Putin Hindistan nəşrinə verdiyi müsahibədə Trampın Moskvaya göndərdiyi nümayəndələrlə 5 saatlıq görüşü mənasız və vaxt itkisi kimi qiymətləndirib”.

Tarix
2025.12.08 / 13:53
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla