Yuxarı

Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbəri danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbəri danışdı

Bakı və Bakı ətrafı ərazilərdə təcili yardım, ambulansların gecikməsi, briqadaların yetməməsi bu il də gündəmdə olub. Bununla bağlı şikayətlər hər gün olur.

Axar.az xəbər verir ki, bunu TƏBİB sədri Vüqar Qurbanov ilin yekunlarına aid brifinqdə Medicina.az-ın mövzu ilə bağlı sualına cavabında deyib:

“Bütün dünyada təcili yardım çağırışları kateqoriyalara bölünür. Təcili yardım resursu çox dəyərlidir. Məsələn, çağırış olur ki, qızdırmalı xəstədir, 37 qızdırma var, mənə təcili yardım gəlsin. Xəstələr çeşidlənəndə artıq dispetçer tərəfindən konkret suallar veriləcək: hansı şikayətlər var, xəstə huşu özündədir, xəstə neçə yaşındadır və s.

Şikayətin, vəziyyətin dərəcəsinə uyğun ambulanslar yönləndiriləcək. Birinci acil ağır vəziyyətlərə yönləndirilir. Çağırışlarda sıxlıq çoxdursa, burda artıq vacib dərəcələr var: yəni ilk olaraq hansı vətəndaşın üzərinə təcili yardım getməlidir. Kritik hallarda gecikmə demək olar ki, olmur. Müəyyən təzyiq yüksəlmələri, baş ağrıları, qızdırma və s.-də bir qədər müddət uzana bilər. Şikayətlər həddən artıq azalıb. Növbəti ildən elektron sistem də tam oturuşandan sonra təcili yardımla bağlı sıxlıq qalmayacaq”.

Tarix
2025.12.19 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

Anar Əsədli: Artıq susmayacağam - Məhkəmə

Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla