Yuxarı

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

19 dekabr 2025-ci il tarixində "Naxtel" MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara köçürülməsi uğurla başa çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Vurğulanıb ki, bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.

Layihə çərçivəsində İKTA, "Naxtel", yeni abunəçiləri qəbul edən mobil operatorlar "Azercell" MMC, "Bakcell" MMC və "Azerfon" MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.

105 mindən çox "Naxtel" abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan "060" prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.

Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən "Naxtel" abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin olunub.

Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin operativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlı kommunikasiya təmin olunub.

Qeyd olunub ki, bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub.

Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə uğurla icra edilə biləcəyini nümayiş etdirir.

Tarix
2025.12.19 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla