Yuxarı

Tağıyevin pasajı: “təmir” adıyla məhv edilən abidə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin pasajı: “təmir” adıyla məhv edilən abidə - Foto

Sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin pasajında (Köhnə Univermaq) aparılan bərpa işlərinə dair fotolar yayılıb. Paylaşılan görüntülərdə tarixi pasajın ilkin memarlıq üslubundan kənara çıxıldığı, ümumi strukturunun isə ciddi şəkildə dəyişdirildiyi müşahidə olunur. Aparılan işlər tarixi abidənin orijinallığına zərər vurub və bu da ictimaiyyət arasında narazılıq doğurub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Kult.az-a açıqlamasında iradlar tamamilə qəbul edilib.

Bildirilib ki, Azərbaycan qanunlarına əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır:

“Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər, onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Təəssüflər olsun ki, illər öncə tarixi abidələrin bərpası, onların üzərinə məişət qurğularının, reklam lövhələrinin yerləşdirilməsi kimi işlər razılaşdırılmadan həyata keçirilib və müdaxilələrə yol verilib. Bütün bunlar da öz növbəsində tarixi abidələrin memarlıq dəyərinin itirilməsi, estetik görkəminin dəyişdirilməsi, dayanıqlığına xələl yetirilməsi və ciddi konstruktiv pozuntularla nəticələnib. Belə halların aradan qaldırılmasına uzun müddət və əlavə vəsait tələb olunur”.

Tarix
2025.12.16 / 12:54
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla