Yuxarı

Zakir Həsənovun qardaşına Elçibəy bu vəzifəni veribmiş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənovun qardaşına Elçibəy bu vəzifəni veribmiş

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun böyük qardaşı, polkovnik Eldar Həsənovun mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək vəzifədə işlədiyi məlum olub.

Axar.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində çalışıb.

Belə ki, Əbülfəz Elçibəy 1992-ci il iyul ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə yaradılıb və Eldar Əsgər oğlu Həsənov idarənin rəisi təyin edilib. Onun təyinatında əvvəllər tutduğu vəzifə və təcrübəsi mühüm rol oynayıb.

Belə ki, E.Həsənov SSRİ dövründə Zaqafqaziya Hərbi Dairəsinin Xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıda yerləşən hərbi hissədə də eyni vəzifəni daşıyıb.

Polkovnik E.Həsənov Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində təxminən, 6-7 ay işləyib. Ə.Elçibəy Eldar Həsənovu vəzifəsindən azad edib.

Məlumata görə, Zakir Həsənovun qardaşı Xüsusi İdarənin rəisi postundan gedəndən sonra universitetlərin birində dərs deyirmiş. O, son illərədək ali məktəbdə çalışıb.

Tarix
2026.01.05 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla