Yuxarı

Vens Ermənistanla bağlı bu statusunu sildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vens Ermənistanla bağlı bu statusunu sildi

ABŞ dünyanın super gücüdür. ABŞ-ın vitse-prezidenti isə bu sistemin ikinci adamıdır. Amma fakt budur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens X sosial şəbəkəsində paylaşdığı statusu silmək məcburiyyətində qaldı.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O xatırladıb ki, paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə yer alırdı:

“Post bir neçə saat açıq qaldı və daha sonra səssizcə silindi. Ardınca vitse-prezidentin mətbuat katibi Teylor Van Kirk Tsitsernakaberd memorialına səfərlə bağlı sadəcə məlumat xarakterli yeni paylaşım etdi. Diqqətçəkən detal isə budur ki, yeni mətndə “erməni soyqırımı” ifadəsi artıq yoxdur.

Bu nə deməkdir? Bu, texniki düzəliş deyil. Bu, siyasi korrektədir. Və bu korrektə Türkiyə və Azərbaycanın koordinasiyalı reaksiyası nəticəsində baş verib.

İllərlə bizə belə bir mif sırınıb ki, ABŞ istədiyini deyir və kiçik dövlətlər buna təsir edə bilməz. Bu hadisə həmin mifin praktik iflasıdır.

Əgər ABŞ-ın vitse-prezidenti paylaşımını silirsə, deməli, mövzu diplomatik risk yaradıb, Ankara və Bakı xətti Vaşinqtonda ciddiyə alınıb və “erməni soyqırımı” termini artıq avtomatik istifadə olunan ifadə deyil.

Burada daha vacib məqam var. ABŞ bu termini silməklə erməni iddiasını rəsmən geri götürmür. Amma onu siyasi balans predmetinə çevirir. Yəni bundan sonra bu ifadə: emosional jest deyil, hüquqi fakt deyil, geosiyasi qiyməti olan riskli sözdür.

Bu isə erməni diasporu üçün pis xəbərdir. Çünki onların istədiyi “qırmızı xətt” statusu yumşalır.

Nəticə sadədir: ABŞ super dövlətdir, bəli. Amma təzyiq doğru qurulanda, arqumentlər koordinasiyalı olanda, mövqe tək yox, ittifaq şəklində ifadə ediləndə, hətta ABŞ-ın ikinci şəxsi belə geri addım atır.

Bəzən bir statusun silinməsi onlarla rəsmi bəyanatdan daha çox şey deyir. Bu da həmin hallardan biridir”.

Tarix
2026.02.11 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla