Yuxarı

Ruben Vardanyana hökm oxundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruben Vardanyana hökm oxundu

11:23

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Tarix
2026.02.17 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla