Yuxarı

Azercell rabitə modelini gücləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell rabitə modelini gücləndirir

Böhran idarəetməsi üzrə tərəfdaş qurumlar arasında strateji dialoq baş tutub.

Axar.az xəbər verir ki, ökənin lider mobil operatoru “Azercell Telekom” MMC böhran vəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təmin edilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin növbəti mərhələsinə start verib. Layihə çərçivəsində milli səviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığının artırılması əsas prioritetlər kimi müəyyən edilib.

Növbəti mərhələnin icrası ilə bağlı Azercell-in təşəbbüsü əsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom” MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüş zamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsi üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib və tərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQ layihəsi ölkədə regional resursların idarə edilməsi prosesinin formalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran və fövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təmin edən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpa tədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıq səviyyəsini artırır.

BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlar arasında operativ informasiya mübadiləsini və resursların effektiv bölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunun dayanıqlılığını gücləndirir.

Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurla tamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qrupları formalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib və rabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

Tarix
2026.02.23 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla