Yuxarı

Ukrayna səfirliyi İranın hücumunu pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna səfirliyi İranın hücumunu pislədi

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.

Axar.az səfirliyə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.

Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.

Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.

Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir” fikirlərinə də yer verilib.

“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir”, - açıqlamada qeyd olunub.

Tarix
2026.03.05 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla