Yuxarı

ABŞ kəşfiyyatı: Bu ərəb ölkəsi nüvə silahı yarada bilər!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kəşfiyyatı: Bu ərəb ölkəsi nüvə silahı yarada bilər!

ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yarada biləcəyini istisna etmir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Konqresə ötürülən məxfi sənədlərdə ABŞ kəşfiyyatının Səudiyyə Ərəbistanının nüvə silahı proqramının inkişaf etdirilməsi ehtimalını istisna etmədiyini göstərən qiymətləndirmələri yer alır.

Qeyd edilir ki, Prezident Donald Trampın krallığın dinc nüvə proqramını dəstəkləmək barədə razılığı bəzi qanunvericilər arasında narahatlıqları artırıb. Onlar hesab edirlər ki, bu, Ər-Riyadın nüvə başlığı hazırlamasını asanlaşdıra və Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər.

ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvləri düşünür ki, Vaşinqton və Ər-Riyad arasında uranın 20%-ə qədər zənginləşdirilməsinə imkan verən razılaşma bəzi radioaktiv materialların hərbi məqsədlər üçün yönləndirilməsinə gətirib çıxara bilər.

Tarix
2026.09.26 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla