Yuxarı

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Firudin Sinirlioğlu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) X sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər ATƏT-in gündəliyi ilə bağlı məsələləri, Azərbaycan–ATƏT əməkdaşlığını, mövcud Avropa təhlükəsizlik arxitekturasını və Cənubi Qafqazda regional sülh dinamikasını müzakirə ediblər.

C.Bayramov Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş barədə məlumat verib. Vurğulayıb ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə bağlanması münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionun reallıqları ilə uyğunlaşdırılması baxımından mühüm addımdır.

Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əsas inkişaflarla bağlı fikir mübadiləsi aparıblar.

Tarix
2026.09.25 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla