Yuxarı

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

İranın yenidən peyda olmuş vəliəhd şahzadəsi Rza Pəhləvi bazar ertəsi günü “İran İnternational”a verdiyi müsahibədə deyib: “Düşünürəm ki, hamımız bu cinayətkar hökumətlə 47 il mübarizə apardıqdan sonra bu sistemin nəhayət yox olmasına sayılı günlər qalıb. Biz onun süqutundan sonrakı günə, İran xalqının həqiqətən layiq olduğu şeyə - tam azadlığa və yenidən qurulmaq və çiçəklənmək imkanına nail ola biləcəyi günə çatmaq istəyirik”.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz bildirib.

“Pəhləvi əlavə edib ki, molla hakimiyyətinin süqutu İsrail-ABŞ cütlüyünün hərbi təzyiqləri, SEPAH və BƏSİC-in zəifləməsi və daxili fəallıqla birlikdə son hədəfinə çatacaq. O, rejim dəyişikliyi prosesində iştirak edəcək qüvvələrin adını da sıralayıb: “Ölkə daxilindəki qruplar, Ölümsüzlər Qvardiyasının üzvləri, təşkilatlanma və koordinasiyalı iş sayəsində daxildən daha çox zərbə vurmaq qabiliyyətinə malik olan qüvvələr”.

Şahzadənin xüsusilə Ölümsüzlər Qvardiyasının adını çəkməsi onun hələ də Pers millətçiliyi cəhalətindən ayılmadığını göstərir və bu cəhalət davam etdikcə, İranda hansısa dəyişikliklərin baş verməsi mümkün görünmür. Belə ki, İranda hazırda Ölümsüzlər Qvradiyası adlanan bir hərbi birləşmə yoxdur. Əhəmənilər və Sasanilər dövründə mövcud olan bu ordunun karyerası yalnız qələbələrlə dolu deyil. Herodotun əfsanələrinə inansaq, miladdan əvvəl 480-ci ildə Əhəmənilərin 10 min nəfərdən ibarət “ölümsüzləri” cəmi-cümlətanı 300 spartalı döyüşçünün qarşısında çarəsiz qalmış, yalnız spartalıların daxili xəyanəti nəticəsində zəfər qazana bilmişdir. Amma bu zəfər də uzun sürməmişdir. 300 spartalının bu qəhrəmancasına dirənişindən sonra Ölümsüzlər Qvardiyasının kağızdan pələng olduğunu anlayan yunanlar bir araya gələrək persləri öz vətənlərindən qovmağı bacarmışdılar.

Daha sonra isə tarix bu qvardiyanın “hünərini” Makedoniyalı İsgəndərin Əhəməniləri işğal müharibələrində görmüşdür. Tarixi mənbələrin bildirdiyinə görə, miladdan əvvəl 334, 333, 331-ci illərdə Əhəmənilər ordusunu 3 dəfə ard-arda məğlub edən Böyük İsgəndər III Daranın bütün qız-gəlinini, hərəmxanasını əsir götürmüş, qızlarından biri ilə rəsmi nigah bağlamışdı. Dara savaş meydanından qaçaraq sağ qalmağı bacarmışdı. Əhəmənilər hökmdarının bu rəzil durumuna dözə bilməyən qardaşı oğlu onu öz əliylə öldürüb imperiyanın tamamilə tarixdən silinməsinə imza atmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, Makedoniyalı İsgəndərin ordusu Əhəmənilərlə müqayisədə say baxımından qat-qat az idi. Ordunun təqribən 48100 piyada əsgər, 6100 süvari və 38000-ə çatan ekipajlarla 120 gəmilik donanmadan ibarət olduğu bildirilir. Bunun müqabilində III Daranın ordusu yüzminli rəqəmlərlə ifadə olunur. Qavqamela döyüşündə, bəzi mənbələrə görə, Əhəməni hökmdarı ən azı 200,000, ən çoxu isə 1,000,000-a qədər əsgər və döyüş arabası səfərbər etmişdi. Dəfələrlə çox hərbi qüvvəsinə baxmayaraq, Əhəmənilərin rəzilcəsinə məğlubiyyətə uğradığı bu döyüşdə III Daranın ən çox bel bağladığı hərbi qüvvə yenə də bala Pəhləvinin ağzına aldığı Ölümsüzlər Qvardiyası idi. Amma bu qvardiya nəinki Əhəmənilərin Makedoniyalı İsgəndərə qarşı dirənişini təmin edə bilmədi, heç bu imperiyanın tarixdən tamamilə silinməsinin də qarşısını ala bilmədi.

Tarixi mənbələrə inansaq, bala Rza Pəhləvinin fəxarət duyduğu Ölümsüzlər Qvardiyasını ilk məğlubiyyətə uğradan bizim Tomiris anamızdır. Orta Asiyalı İskit/Sak türklərindən olan Massaget tayfasının başçısı Tomiris xatun (Dəmir ledi) E.ə. 530-cu ildə Əhəmənilərlə girdiyi müharibədə Ölümsüzlər Qvardiyasının dərinliklərinə dalıb düşmən kralı Kiri əsir götürmüş və onun başını kəsərək, öz qanı ilə dolmuş qaba soxaraq, “İç, Kir, öz qanını iç. Sən qana susamış kral idin. Öz qanını iç ki, gözün doysun” demişdir.

Sasanilər dövründə də Ölümsüzlər Qvardiyasının tarixi o qədər parlaq qələbələrlə dolu deyil. Görünür, buna görə də fars tarixçilər Sasani dövrünə aid salnamələrində bu qvardiyanın məharətləri barədə çox şeylər qələmə almamışlar. Sadəcə onu vurğulamışlar ki, Əhəmənilər dövründə piyada qüvvələr kimi döyüşlərə qatılan bu hərbi birlik Sasanilər dövründə süvari qüvvələr kimi fəaliyyət göstərmişdir.

Qısası, özünü İranın yeni hökmdarı kimi görmək istəyən balaca Rza Pəhləvi fars-şovinist narrativlərinin çox uzağa getməyəcəyini anlamalı, bu kimi obrazların İran xalqını bölüb mollakratiyanın ömrünü uzadacağını başa düşməlidir. İran xalqının bütövlüyünü istəyirsə, zəhmət çəkib bütün milli qrupların, xüsusilə də Azərbaycan türklərinin bu ölkənin tarixində oynadıqları qəhrəmanlıq dastanlarını ön plana çıxarmalıdır”, - politoloq qeyd edib.

Tarix
2026.03.21 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla