Yuxarı

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən aprelin 16-da qəbul edilmiş qətnamələr tamamilə qərəzlidir. Bu sənədlər Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh quruculuğu üçün praktiki addımlar atılır:

"Ötən ilin avqustunda Vaşinqton şəhərində əldə edilən razılaşmalar sülh prosesi üçün hüquqi baza rolunu oynayır. Həmin vaxtdan etibarən iki ölkə arasında gərginlik tam azalıb, sərhədlərimizdə heç bir hərbi insident baş verməyib. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu yönündə tədbirlər həyata keçirilir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələr tərəfindən müxtəlif məhsulların daşınması, ölkəmizin Ermənistana neft məhsulları ixrac etməsi bunun göstəricisidir. Eləcə də, "Sülh körpüsü" layihəsi çərçivəsində iki ölkənin qeyri-hökumət təşkilatlarının qarşılıqlı səfərləri cəmiyyətlərimiz arasında etimad mühitinin formalaşdırılmasına xidmət edir".

Millət vəkilinin sözlərinə görə, artıq rəsmi İrəvan da Qarabağ mövzusunun bağlandığını bəyan edib:

"Bu ölkənin baş naziri Nikol Paşinyan ötən gün bir daha bu mövqeyini xatırlatdı. Belə olan halda Belçika və Niderland parlamentarilərinin məlum mövqeyi ciddi suallar doğurur. Görünən odur ki, müəyyən beynəlxalq dairələr, o cümlədən xaricdəki erməni diasporu və lobbisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil. Onlar yenidən bölgəni gərginlik məkanına çevirməyə çalışırlar. Qətnamələrdə hərbi canilərin "əsir" və "girov" adlandırılması, onların azad edilməsi "tələbi" qəbulolunmazdır".

Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib:

"Dövlətimizlə diqtə dilində danışmaq mümkün deyil. Özlərini demokratik dövlət hesab edən Belçika və Niderland müstəmləkə keçmişlərini xatırlasalar daha yaxşı olar.

Azərbaycanın Milli Məclisi də ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Bu ölkələr anlamalıdır ki, beynəlxalq hüquqa zidd olan sənədləri qəbul etməklə əslində özlərinin imicinə zərər vururlar. Ona görə də, həmin qətnamələr kağız parçasından başqa bir şey deyil ".

Tarix
2026.04.21 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla