Yuxarı

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Hörmüz boğazı artıq İran üçün həm təsir aləti, həm də ciddi risk mənbəyinə çevrilib. Tehran bu vasitə ilə dünya iqtisadiyyatına təzyiq göstərməyə çalışsa da, eyni zamanda özü də blokada nəticəsində ağır iqtisadi problemlərlə üzləşir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Natiq Cəfərli İran ətrafında yaranmış iqtisadi və geosiyasi vəziyyəti şərh edərkən deyib.

Politoloq bildirib ki, İran neftinin təxminən 90 faizini məhz bu boğaz vasitəsilə ixrac edir və ölkənin əsas təchizatının böyük hissəsi də Bəndər-Abbas və ətraf limanlar üzərindən həyata keçirilir. Onun fikrincə, mövcud blokada həm qlobal neft bazarına təsir edir, həm də İran daxilində sosial-iqtisadi gərginliyi artırır:

“Əvvəllər ABŞ təzyiqlərini ciddi qəbul etməyən Tehran artıq bunun real nəticələrini hiss edir və müəyyən güzəştlərə getmək barədə siqnallar verir. Hazırda tərəflər arasında bir növ “əsəb savaşı” gedir. İran hesab edir ki, bir qədər davam gətirsə, qlobal iqtisadi təzyiqlər Vaşinqtonu geri addım atmağa məcbur edəcək, ABŞ isə əksinə, İran iqtisadiyyatının daha tez çökəcəyini gözləyir.

İran bu prosesdə tək deyil və Rusiya, Çin, eləcə də Avropa Birliyi kimi aktorlar da öz maraqları çərçivəsində vəziyyətə təsir etməyə çalışırlar”.

Tarix
2026.04.23 / 11:48
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla