Yuxarı

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Latviya münasibətlərinin məzmununda yeni çalarların formalaşdığını göstərdi. Aprelin 22-də verilən bəyanatlar təkcə ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, bu görüşü fərqləndirən əsas məqam siyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlik gündəliyinin eyni platformada uzlaşdırılması oldu:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlif aspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlər geniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviya münasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatı ilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikir mübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərin siyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir".

Bu kontekstdə sülh prosesi ilə bağlı qarşı tərəfə çatdırılan son məlumatlara ayrıca diqqət çəkildiyini vurğulayan K.Qafarov deyib:

“Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika, ticarət təmaslarının yaranması, vətəndaş cəmiyyəti dialoqunun başlanması regionda sabitliyin möhkəmlənməsi üçün yeni imkanlar açır. Bu prosesin Avropa tərəfdaşları ilə müzakirə edilməsi Azərbaycanın regional sülh gündəmini beynəlxalq dəstək müstəvisində təqdim etmək strategiyasının tərkib hissəsi kimi görünür. İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti iqtisadi sahədir. Son illər qarşılıqlı ticarətin mövcud potensialı tam əks etdirmədiyi vurğulansa da, bu sahədə dönüş yaratmaq üçün real imkanların mövcudluğu açıq görünür. Sərmayə qoyuluşu, innovasiya, logistika, nəqliyyat və sənaye kooperasiyası üzrə perspektivlər kifayət qədər genişdir. Azərbaycanın artan investisiya imkanları və Latviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri bu əməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdan Azərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumda praktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrin müzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi üçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerji təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasında maraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərb bağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçün də əlavə imkanlar yaradır”.

Tarix
2026.04.23 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla