Yuxarı

Aktyorun ailəsi bir-birinə dəydi: cənazə qalmaqalı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorun ailəsi bir-birinə dəydi: cənazə qalmaqalı – Video

Məşhur aktyor Tarık Akanın vəfatı ailəsində ikitirəliyə səbəb olub.

Axar.az xəbər verir ki, mərhumun böyük qardaşı Turqut Ürəgül xəstəxanadan cənazəni tələb edib. Lakin xəstəxana rəhbərliyi mərhumun cənazəsini ailəsinə təhvil verib.

Jurnalistlərə açıqlama verən T.Ürəgül xəstəxana rəhbərliyini cənazəni qaçırmaqda ittiham edib:

"Səhərdən buradayıq, qardaşımın cənazəsini bizdən qaçırırlar. ABŞ xəstəxanası cənazəni bizə vermir. Deyirlər ki, Nazım Hikmət Fondu açıqlama yayıb. Nazim Hikmət kimdir? Mən kommunistləri sevmirəm. Məni siyasətə qarışdırmayın. Mən onun böyük qardaşıyam, cənazəni mənə təhvil verməlidirlər".

Tarık Akanın böyük oğlu Barış Zəki Ürəgül əmisinin açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, aktyorun cənazəsi qaçırılmayıb, dəfn üçün hazırlıq görülür:

"Atam 3 həftədir ki, xəstəxanada müalicə alırdı. Bodrumda sadəcə 1 həftə istirahət üçün qaldı. Sonra xəstəliyi ağırlaşdı və xəstəxanaya gətirdik. Dünən gecə saat 1-də üç övladının yanında vəfat etdi. Atam sadəcə bizim üçün deyil, bütün Türkiyə üçün önəmli insan idi. İndi yalan, yanlış danışan o şəxs (əmisi Turgut Ürəgülü nəzərdə tutur - red) şou üçün danışır. Atamın cənazəsinin itməyini deməsi çox maraqlıdır. Çünki atamın cənazəsi bizdədir və dəfn üçün hazırlıqlar görürük. İndi danışan o şəxs atam sağ ikən onun ətrafına belə yaxınlaşa bilmirdi".

Tarix
2016.09.16 / 17:21
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla