Yuxarı

Millət vəkili: “Allaha dua edirdik ki…” – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində şəhid olmuş Səyyar Quliyevin qız övladı dünyaya gəlib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhidimizin dünyaya yenicə gələn körpəsini xəstəxanada ziyarət edib və gözaydınlğı verib:

"Xoş gəldin gözəl, Zeynəb! Şəhid atan səni görməsə də, hamımız bilirik ki, onun ruhu sənin dünyaya gəlişinə hamıdan çox sevinir və hər zaman sənin yanında olacaq. Zeynəb ana bətnində 4 aylıq olanda, atası Aprel döyüşlərində şəhid olmuşdu. İlk övladını görmədən onun üçün, onun böyüyəcəyi Vətənimiz üçün, millətimiz üçün şəhid olmuşdu. Gənc həyat yoldaşı üçün çox çətin idi və o zaman onunla uzun bir söhbət etmişdik və söyləmişdim ki, övladın doğulanda, şəhidimizin gül parçasını qolların arasına alıb qoxlayanda o sənə güc verəcək. Neçə aydı Zeynəbi gözləyirdik və onun sağlam doğulması üçün Allaha dua edirdik. Maşallah, gözəl bir qız doğulub, həkimlərimizə təşəkkür edirik. Anası deyir ki, gözləri atasının gözlərdir və Zeynəb atasına oxşayır. Şəhidimizin həyat yoldaşı və anası Zeynəbin doğulması ilə az da olsa, bir təsəlli tapıblar. Aylar sonra şəhidimizin gözəl xanımının üzünün güldüyünü gördüm. Zeynəb özü ilə bu gözəl ailəyə yenidən sevinc gətirib. Bu gün mələk Zeynəbi xəstəxanada ziyarət etdik, doyunca öpdük əllərindən, gözəl yanaqlarından və Allahdan sağ-salamat, mutlu böyüməsini dua etdik. Şəhidimizin gözəl xanımını, gözəl Zeynəbimizin əziz anasını, nənəsini və bütün ailəsini təbrik edirəm. İnanıram ki, Zeynəb şəhid atasının adına layiq gözəl bir övlad olacaq, hər zaman onun ruhunu şad edəcək və anasına gözəl bir övlad, nənəsinə ağıllı nəvə olacaq. Mutlu ol əziz Zeynəb!".

Qeyd edək ki, Aprel döyüşlərində şəhid olan Səyyar Quliyev Knyaz oğlu Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş olub.

Tarix
2016.09.20 / 12:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla