Yuxarı

Deputata qarşı FETÖ ittihamı: “Onun çəkməsini silərəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputata qarşı FETÖ ittihamı: “Onun çəkməsini silərəm”

AMEA Tarix İnstitutu tarixçi-alim Dilavər Əzimlinin millət vəkili Fazil Mustafaya cavabını yayıb.

Axar.az həmin cavabı təqdim edir:

"Hörmətli Fazil bəy! Mənə yazırsınız ki, "Get, Yaqub Mahmudovun ayaqqabısını sil". Düzü, bu söz sənə yaraşmır. Amma mən qəbul edirəm. Çünki Yaqub müəllim mənə ata əvəzi olubdur. Mənim elmi rəhbərim və ustadımdır. Ən ağır dəqiqələrimdə mənə yardım edibdir. Amma mən başqaları kimi Fətullah Gülənin ayaqqabılarını silmədim. Mən türk dünyasının düşmənlərinin ayaqqabısını silmərəm. Amma ata əvəzi bir insanın ayaqqabılarını silərəm. Həm də bu adam bu Vətən üçün nələr etməyibdir.

Fazil bəy, mən kimsənin ayaqqabısını silsəydim, sənin kimi millət vəkili olardım. Cəbhəçi kimi uzun illər heç elmi sahəyə də məni buraxmırdılar. Amma Yaqub müəllimin hesabına bu sahəyə qayıtdım. Nəinki qayıtdım, eyni zamanda dərs dedim.

Fazil bəy, adını çəkdiyin tarixçilərdən mən BDU-da dərs deyirəm. Gəlib mühazirəmdə otursan, görərsən ki, onları əzbər bilirəm. Bilmədiklərini də öyrənə bilərsən. Bir də təhqirdən bir az qaç. Ayıbdır! Millət vəkilisən!

Fazil bəy, necə oldu ki, sən və sənin kimilər cəbhəçi ola-ola dəfələrlə millət vəkili seçildiniz? Bu məlum həqiqətləri onsuz da hamı bilir. Amma mən sənin səviyyənə enmərəm. Bu gün də cəbhəçi olmağım mənə imkan vermir ki, hansısa uğura nail olum. Bəs sən necə? Bu çətinliyi çəkdinmi? Həyat fəlsəfən göstərir ki, sən "məlum" yolu tutdun. Mən o yolu tuta bilmərəm. Çünki mən tamam ayrı cür böyümüşəm. Sən çox dəyişmisən. İnanıram ki, ən iyrənc şantajlara əl atarsan. Çünki FETÖ-dən belə dərs almısan! Mən sənə qarşı təhqirə yol vermirəm. Sənin apardığın xəttə qarşı çıxıram. Çünki bu xətt Azərbaycan dövlətçiliyinə qarşı olan xətdir!"

Tarix
2016.09.25 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-AB arasında görüş: Mühüm irəliləyiş...

Bölgənin problemlərini yalnız bu cür həll etmək mümkündür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

İlham Əliyev Şara ilə görüşdü - Foto

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Prezident Maya Sandu ilə görüşdü

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla