Yuxarı

Erməni mediası Misir Mərdanovdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası Misir Mərdanovdan yazdı

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicanda işgüzar görüşü diqqət çəkir. Bu, Birinci Qarabağ müharibəsindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Dilicana ilk səfəri deyil.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Voskan Sərkisyan yazıb.

O bildirib ki, illər əvvəl Azərbaycanın sabiq təhsil naziri də Ermənistana səfər edib:

“Həmin şəxs 1998-ci ildən 2013-cü ilə qədər Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanov olub. O, 3 oktyabr 1946-cı ildə Dilicanın Göyərçin kəndində anadan olub. 1997 və ya 1998-ci illərdə (əslində, 2001-ci ildə – red.) M.Mərdanov hansısa beynəlxalq konfransda iştirak etmək üçün İrəvana gəlib və atasının evini görmək istəyini bildirib. Ona bu fürsət verilib.

Mərdanov Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti ilə Ağavnavankda (Salah – red.) olub. Evdə yaşayanlar qonaq üçün yaxşı süfrə açıblar. Misir Mərdanov onların evində belə qonaqpərvər, mehriban insanların yaşamasından məmnunluğunu ifadə edib. O, bağlarından Bakıya aparmaq üçün iki ovuc torpaq götürüb. Geri qayıdarkən məktəbə də baş çəkib”.

V.Sərkisyan qeyd edib ki, Mərdanovların Salahdakı ata evi hələ də digərlərindən seçilir:

“Sabiq nazirin atası Cumayıl Mərdanov Salah kolxozunun sədri idi. Onların evi kolxoz sədrinə yaraşan ikimərtəbəli, Azərbaycan mavisi ilə bəzədilmiş bir ev idi. Sonradan bu ev İrəvan sakininə 8000 dollara satılıb”.

Tarix
2026.06.19 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla