Yuxarı

ABŞ-ın Bakıdakı səfirliyi tədbir keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 15-dən oktyabrın 15-dək Birləşmiş Ştatlarda keçirilən ispan irsi aylığına həsr olunan tədbir təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, aylığın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ölkəyə verdiyi töhfəni qeyd etməkdir. O bildirib ki, ABŞ-da 55 milyon latın amerikalı yaşayır. Onlar Birləşmiş Ştatların ən böyük etnik və irqi azlığıdır. Latın Amerikası əsilli vətəndaşlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. "Biz Amerika Birləşmiş Ştatlarında müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük. Azərbaycanda da tarixən tolerantlığa yüksək dəyər verilib. Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı yüksək dəyərləndiririk", – deyə səfir bildirib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini ABŞ ilə təmsil etdiyi ölkə arasında münasibətlərdən danışıb. O, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir ABŞ-ın Latin Amerikası musiqiləri ifa edən "Matuto" qrupunun çıxışı ilə davam edib.

Tarix
2016.09.27 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla