Yuxarı

Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir – Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yanaşırlar.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev deyib ki, savadlılıq radikalizmə, nadanlığa qarşı əsas maneədir və Azərbaycanda savadlılıq 100 faizdir: "Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda bir müasir ölkəyik. Əfsuslar olsun ki, 1990-cı ildə Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. 10 ölkə bu soyqırımını tanıyıb. ATƏT regiona iki dəfə faktaraşdırıcı missiya göndərib. Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir. Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik. Ona görə də təsadüfi deyil ki, Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıyırlar".

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Bu münaqişədən xalqımız böyük əziyyət çəkir. Münaqişə dövründə əhalisi 8 milyon nəfər olan Azərbaycanın əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan 25 ildə şərəfli yol keçib. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir".

Tarix
2016.10.02 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla