Yuxarı

Bolqarıstan türkləri millət vəkilimizə söz verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva BULTÜRK baş katibi Rafət Ulutürk və təşkilatın üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycan həqiqətləri, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırım və qətliamlar barədə məlumat verib.

Q.Paşayeva Azərbaycan QHT-ləri ilə türk dövlət və toplumlarından olan QHT-lər arasında əməkdaşlığın artmasının vacibliyi qeyd edib.

Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra da olacaqlarını deyən Rafət Ulutürk və təşkilat üzvləri millət vəkili Q.Paşayevaya Bolqarıstanda türklərin vəziyyəti ilə bağlı son məlumatlar verib.

Millət vəkili Azərbaycan gənclərinin orada yaşayan insanımızı daha yaxından tanıması işinə töhfə vermək üçün Bolqarıstan türkləri ilə bağlı hazırladığı yazıların yaxınlarda dərc ediləcəyini bildirib.

Tarix
2016.10.03 / 12:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla