Yuxarı

“Prezident hər il yoxsul vətəndaşları həccə göndərir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarətinə neçə dəfə gedib-gəlmək insanın arzusudur və ona heç kim qadağa qoya bilməz. Əgər insanın maddi imkanı varsa və bunu halal zəhmətlə əldə edibsə, həccə lap 10 dəfə də gedə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, hamı ziyarətə gedib-gəlsin deyə, bir insanın 1 dəfə ziyarətə getdikdən sonra bir az ara verməsi daha yaxşı olar:

"Çünki ziyarətə gedənlərin hamısını birdən yerləşdirmək çətin olur. Həm də hər il ölkəyə həcc ziyarəti ilə bağlı müəyyən kvota verilir. Bu baxımdan ziyarətə 1 dəfə gedən insanın müəyyən müddət buna ara verməsi daha məsləhətli olar. Amma ümumilikdə islamda, Qurani Kərimdə, şəriətdə bir adamın 1 dəfədən artıq həcc ziyarətinə getməməsi ilə bağlı hansısa qadağa yoxdur.

Halal zəhmətlə qazanılmış pul hesabına adam neçə dəfə istəsə, həccə gedə bilər.

Səudiyyə Ərəbistanının kralı hər il cənab Prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilir.

Zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il həccə göndərsə, savaba girmiş olar. Amma oğurluq, quldurluq edib həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər".

Tarix
2016.10.04 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla