Yuxarı

Abid Şərifovdan “Sovetski” sakinlərini sevindirəcək xəbər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abid Şərifovdan “Sovetski” sakinlərini sevindirəcək xəbər - Video

"Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq"

Beləliklə, Sovet İttifaqının dağılma prosesi davam edir. Bu prosesin uzun və ağrılı çəkəcəyi əvvəldən də bəlli idi. Amma yorğun və əzik-pozuq Rusiyanın bir müddət başının özünə qarışması bizdə, yəni keçmiş sovet respublikalarında belə bir təsəvvür yaratmışdı ki, müstəqillik sarsılmazdır, dönməz və əbədidir.

Ukrayna olayları kimi hadisələr isə sübut edir ki, nə qədər ki, imperiya qonşuluğu var heç nəyin əbədiyyətinə arxayın olmaq olmaz. Sovetin hər bir atributundan qurtulmaq lazımdır. Ali gecəqondusundan tutmuş, beynimizə yeridilmiş sovetin təhsili və tibbi yaxşı idi insafən tipli əsarət məntiqinə qədər: hər bir qalıqdan. Baş nazirin müavini Abid Şərifovla söhbətdə biz "Sovetski" camaatının taleyin mövzusuna bir daha qayıtdıq. Ümumi sözlər çox oldu, Abid müəllim konkret danışmaq istəməsə də, söhbətin gedişində bir məsələni özüm üçün dəqiqləşdirə bildim. Təxminən 3 aydan, yəni inventarlaşdırma başa çatandan sonra az sahəyə malik sakinlərin problemləri həll olunacaq. Hətta onlar üçün ayrıca mənzil tikintisi də mümkündür.

Abid Şərifov: "Sovetski"dən zorla heç kim evindən çıxarılmayacaq. Bu mümkün deyil. Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq. Onlar dövlətin qayğısından kənar qalmayacaq..." (ANS)

Tarix
2014.03.10 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla