Yuxarı

Fətullah Gülən “Faynənşl Tayms”a köşə yazdı - Mesajlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəthullah Gülən Londonda yerləşən və maliyyə dünyasının ruporu olan "Faynənşl Tayms"a Türkiyədə baş verən hadisələrə bağlı köşə yazısı yazıb.

"Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Fətullah Gülən köşə yazısında Türkiyə hökumətini sərt tənqid edib. "Türkiyənin demokratiyanı qorumaq üçün yeni bir konstitusiyaya ehtiyacı var" başlıqlı yazıda AKP hökumətinə ağır tənqidlər yönəlib.

Gülən yazır ki, hökumətin rəhbər kadrları arasında kiçik bir qrup ölkənin irəliləməsinin qarşısını məqsədli şəkildə kəsir.

Türkiyədə hökumətə güvənən insanların etimadlarının və verdikləri dəstəklərin boşa çıxdığını yazan Gülən həm də Avropa Birliyi məsələsində Türkiyənin öz şansını itirdiyini qeyd edib.

Siyasətə ordu müdaxiləsinin zəifləməsini və dominantlığın ordudan alınaraq vətəndaş cəmiyyəti idarəçilərinə verilməsi fikrini müdafiə edən Fətullah Gülən yazısında məhkəmə orqanlarına və internetə yönəlik yeni qadağa və qaydaları da sərt tənqid edib.

Gülən bildirib ki, türk hökumətinin ölkə içində və xaricində öz etibarını yenidən qazanması beynəlxalq insan hüquqlarına, qanunun aliliyinə və hökumət prinsiplərinə bağlı qalması ilə mümkündür. Təriqət rəhbəri yazıb ki, bu öhdəliklərin içərisində vətəndaşların ərsəyə gətirəcəyi yeni demokratik konstitusiya da iştirak etməlidir:

"Demokratiya İslam prinsipləri ilə ziddiyyət təşkil etmir. İslamın "həyat və din azadlığının qorunması" kimi əxlaqi hədəfləri demokratiya vasitəsilə, xalqa xidmət ilə eynilik təşkil edir". Düşüncə və ifadə azadlığının demokratiyanın əsas şərtlərindən biri olduğunu yazan Fətullah Gülən, Türkiyədə şəffaflıq və media azadlığının aşağı olmasının xəyal qırıqlığı yaratdığını vurğulayıb. Gülən yazısında bu fikirlərə geniş yer verib:

"Yetkin insanlar tənqidə açıq olmalıdır. Əgər tənqid yerindədirsə, bu onların inkişafında faydalı olacaq. Ancaq gərəksiz yerə vəziyyəti gərginləşdirməmək üçün fərdlərin əvəzinə gərəksiz ideyaları tənqid etmək lazımdır".

ABŞ-dan qayıtmayacağam

Xidmət hərəkatının hər kəsə bərabər fürsət yaratmaq üçün 1970-ci illərdən bu yana çalışdığını qeyd edən Gülən öz tərəfdarlarının ölkənin rəhbərliyində imtiyazlı bir güc əldə etmək məqsədi olmadığını da xüsusi vurğulayıb. Yazısında Ərdoğanın "ölkəyə qayıt" çağırışına da cavab verən Gülən ABŞ-da ruhani inzivasını davam etdirəcəyini, hər hansı bir siyasi partiyanı dəstəkləməkdən də uzaq olacağını bildirib. Türkiyədə demokratiyanın oturuşması və indilər girdabına düşdüyü mənfi vəziyyətdən xilas olması üçün dua etdiyini dilə gətirən Gülən təməl demokratik prinsiplərin qəbul edilməsilə Türkiyənin bölgə və dünya üçün nümunə olacağını ifadə edib.

Tarix
2014.03.11 / 11:32
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla