11:13
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Poçt
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli
316-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək, və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Poçt haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" daha bir sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda Azərbaycan Respublikasının
2016-cı il 30 sentyabr tarixli 332-VQD nömrəli Qanununun tətbiqi
qeyd olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək, və həmin qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı
il 30 sentyabr tarixli 322-VQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Aviasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Aviasiya haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il
30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19
dekabr tarixli 683 nömrəli fərmanında dəyişiklik edilməsi barədə
fərman imzalayıb.
Fərmana əsasən, "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12,
maddə 1233) 3.1-ci bəndi ləğv edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il
24 dekabr tarixli 232 nömrəli fərmanında dəyişikliklər edilməsi
haqqında fərman imzalayıb.
Fərmana əsasən, ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə, üçüncü və dördüncü abzaslar müvafiq olaraq
dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda
üçüncü abzas əlavə edilib:
"həmin Qanunun 20-ci maddəsinin altıncı hissəsində "müvafiq icra
hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev xarici
donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində
qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi
haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, 2017-ci il yanvarın 1-dən xarici
donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində
qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq
edilsin.
Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində
qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi üzrə
əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata
keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara
münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki
şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
həvalə olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qrantın
maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi
prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor,
həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin
etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək
tapşırılıb.
18:07
İlham Əliyev Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I
hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə
583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, №
5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab,
maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980;
2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12,
maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə
745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, №
11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7,
maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513,
№ 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə
91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486,
1495; 2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, №
10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə
1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5,
maddə 848, № 6, maddələr 973, 974, № 7, maddə 1245) 165.1.4-cü
maddəsində "daşınması" sözündən sonra ", habelə tranzit yük
daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti" sözləri əlavə
edilsin.
***
İlham Əliyev "Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında"
Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
***
İlham Əliyev Ağstafa şəhərində 3 saylı tam orta
ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil
məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi
məqsədi ilə qərara alıram:
1. Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta
ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata
keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon
manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.