Yuxarı

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın Əcnəbilərin və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqi Statusu haqqında qanunun tələblərini pozaraq ölkə ərazisində qanuni əsas olmadan olublar.

Hazırda onlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Saxlanılan şəxslərin Gürcüstandan çıxarılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Tarix
2026.09.28 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla