Yuxarı

Maliyyə naziri Qənirə Paşayevaya cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayevanın ipoteka ilə bağlı çıxışına maliyyə naziri cavab verib.

"Axar.az" xəbər verir ki, 2014-cü il dövlət büdcəsi layihəsinin parlamentin 6 daimi komitəsinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu məsələ hər dəfə qaldırılmasına baxmayaraq, ipoteka kreditlərinin həcminin artımı istiqamətində gözlənilən irəliləyişlər baş vermir:

"Ancaq bu gün insanların, xüsusilə mənzilə tələbatı olan gənc ailələrin ipoteka kreditlərinə böyük ehtiyacları var və bu baxımdan onların ehtiyaclarının ödənilməsi üçün ipoteka kreditlərinin həcmi artırılmalıdır". Millət vəkilinin fikirlərinə cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib ki, növbəti ilin büdcəsində ipoteka kreditləri üçün kifayət qədər vəsait nəzərdə tutulub: "Bununla belə, ipoteka kreditlərinin həcminin artırılması üçün əlavə maliyyə mənbələri tapılmalıdır. İpoteka kreditlərindən danışırıq, ancaq biznes ipoteka kreditlərinin artırılmasına və genişləndirilməsinə də çalışmaq lazımdır. Ancaq çox təəssüflər olsun ki, bankların kreditlərlə bağlı faiz dərəcələri çox yüksəkdir və onlar aşağı salınmalıdır. İnsanlar yüksək faiz dərəcələri olan kreditlərlə ev almağa çətinlik çəkirlər".

Tarix
2013.11.06 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla