Yuxarı

Paşinyan: Azərbaycanın sazişdəki bu müddəası ilə razılaşdıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan: Azərbaycanın sazişdəki bu müddəası ilə razılaşdıq

Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan martın 13-də Mülki Müqavilə Partiyasının ofisi önündə jurnalistlərlə söhbətində Ermənistanın saziş imzalanacağı təqdirdə müşahidəçiləri təkcə demarkasiya olunmuş ərazilərdən deyil, faktiki olaraq bütün sərhəddən tamamilə geri çəkməyə razı olması faktını şərh edərkən bildirib.

O, əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı belə cavablandırıb:

“Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, mətni təhlil edərək qavrayışımızı dəyişmişik. Təhlükəsizlik Şurasında müzakirə apardıq və belə nəticəyə gəldik ki, bu mətnlərin mübadiləsi prosesi artıq özünü tükədib və biz bütövlükdə sülh sazişinin mətnini təhlil edərək növbəti mərhələyə keçdik. Bu təhlil nəticəsində belə qənaətə gəldik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətni Ermənistan üçün məqbul ola bilər”.

Tarix
2025.03.13 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla