Yuxarı

Raimkulovanın Polşaya səfəri: Senat, memorandum və Novruz…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Polşaya səfəri başa çatıb. Səfər Azərbaycanın Polşadakı səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub.

Kult.az Türk Mədəniyyəti və İrsi Fonduna istinadla xəbər verir ki, səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınakilə görüşlər keçirib. Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.

Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlərlə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirməsindən bəhs olunub.

Görüşlərdə həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə Polşada yaşayan türk əsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.

Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.

Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.

Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti, Varşava və Yaqellon Universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib.

Fondun prezidenti həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək, onlar qarşısında mühazirə ilə çıxış edib.

Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.

Tarix
2025.03.13 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla