Yuxarı

ABŞ körüklədiyi nifrətin qurbanı oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin nəticələri göstərdi ki, Amerika cəmiyyətində islamafobiya, irqçilik, miqrantlara qarşı nifrət bizim düşündüyümüzdən də dərin köklərə malikdir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-da keçirilən seçkilərin nəticələri ilə bağlı partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.

Millət vəkili ABŞ-dakı seçkilər barədə məlumatların bütün dünyada bu ölkənin kütləvi informasiya vasitələrindən alındığını vurğulayıb: "Kütləvi informasiya vasitələri Klintonu dəstəkləyirdi. ABŞ-ın siyasi elitası da, transmilli korparasiyalar da, dövlət hakimiyyət orqanları da Kilintonu müdafiə edirdi. Klinton peşəkar siyasətçi kimi bir çox keyfiyyətlərinə görə rəqibi Trampı üstələyirdi. Onun seçki platforması da daha rasional idi. Mən də daxil olmaqla, çoxları onun qalib gələcəyini proqnazlaşdırırdı. Keçirilən bütün rəy soğularında Hillari Klintonun öndə olmasına baxmayaraq, o uduzdu. Keçirilən rəy sorğularınin da saxtalaşdırıldığı ortaya çıxdı".

BAXCP sədrinin qənaətinə görə, seçkilərin nəticələri Amerika cəmiyyətində islamafobiya, irqçilik və miqrantlara qarşı nifrətin bizim düşündüyümüzdən də dərin köklərə malik olduğunu ortaya qoyub: "Bu iki faktor və əhalinin 65%-nin ağdərili olması Trampın qələbəsini təmin etdi. Nifrət sağlam düşüncəyə qalib gəldi. Amerika siyasi elitası və mətbuat zamanında körüklədiyi nifrətin qurbanı oldu. Eyni faktorlar Breksit tərəfdarlarının qələbəsini Böyük Britaniyada təmin etmişdi. Düşünürəm ki, Trampın qələbəsindən sonra Rusiyanın dünya siyasətindəki rolu xeyli güclənəcək. Tramp seçki vədlərini yerinə yetirməyə başlasa, ABŞ müttəfiqlərini itirəcək, daxili gərginlik artacaq, dünya iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Bundan sonra ya o hakimiyyətdən uzaqlaşdırılacaq, ya da bizi ciddi sürpirizlər gözləyir".

Tarix
2016.11.09 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla