Yuxarı

AMEA-nın 70 illik yubileyi keçiriləcək: 2 sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-nın 70 illik yubileyi keçiriləcək: 2 sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd olunur ki, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılsın".

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Digər sərəncamda isə qeyd olunur ki, "Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətləri nəzərə alınaraq, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir".

Tarix
2014.03.14 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla