Rusiyanın bu neft zavodları vuruldu – Video
10:16
| Ana səhifə Planet |
|
Rusiya ordusu Ukraynanın enerji, logistika və liman infrastruktur obyektlərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dnepropetrovskda Ukrayna hərbi-sənaye kompleksi obyektlərini təchiz edən elektrik yarımstansiyasına zərbə endirilib:
"Dnepropetrovsk vilayətindəki Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə hücum edilib. Odessa vilayətindəki İzmail limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın çatdırılmasında iştirak edən liman infrastruktur obyektlərinə zərbələr endirilib. Qara dənizdə, Odessanın cənub-qərbində quru yük daşıyan gəmiyə də hücum edilib".
|
Tarix
2026.11.23 / 10:05
|
Müəllif
Axar.az
|