Yuxarı

Trampın bu təklifi Avropanı sevindirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın bu təklifi Avropanı sevindirdi

ABŞ Prezidenti Donald Trampın danışıqlar qrupunun Ukraynaya NATO tipli kollektiv müdafiə zəmanəti vermək təklifi Kiyevin bəzi Avropa tərəfdaşları arasında yeni bir nikbinliyə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə "Politiko" nəşrinin məlumatında deyilir.

Avropa rəsmiləri ümid edirlər ki, bu təklif Vaşinqtonun mövqeyində Kiyevin xeyrinə dəyişiklik əlaməti ola bilər. Eyni zamanda, onlar Ağ Evin belə bir razılaşma üçün tələb edəcəyi “qiymətin” çox yüksək ola biləcəyindən qorxurlar.

Bəzi avropalıların Amerika təşəbbüsünü səmimi hesab etmələrinin bir səbəbi də təklifin ABŞ nümayəndə heyəti tərəfindən qəfildən irəli sürülməməsidir.

Belə ki, ABŞ rəsmiləri bir neçə aydır ki, bu ideyanı gizli şəkildə müzakirə edirdilər və hətta Ukraynanın NATO-ya tam üzvlüyü ilə bağlı Fransanın təklifi ilə pərdəarxası müzakirələr də aparılıb.

Qeyd edək ki, daha əvvəl Trampın müşaviri və kürəkəni Cared Kuşner ABŞ prezidentinin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməyə açıq olduğunu bildirmişdi.

Tarix
2026.11.23 / 07:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla