Yuxarı

ABŞ-dan İranla bağlı ciddi qadağa: Nəyi gizlətməyə çalışır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan İranla bağlı ciddi qadağa: Nəyi gizlətməyə çalışır?

ABŞ prezident administrasiyası İranla münaqişənin həm insan tələfatı, həm də maliyyə xərcləri baxımından real nəticəsinin araşdırılmasına mane olmaq üçün demək olar ki, əlindən gələni edib.

Axar.az xəbər verir ki, bu barədə "Atlantika" nəşri məlumat yayıb.

"Pentaqon konqres üzvlərinin Yaxın Şərqə səfərlərinə yalnız Pit Heqsetin şəxsi razılığı ilə icazə verilməsi qaydasını tətbiq edib və qanunvericilərin İranla münaqişə ilə bağlı məlumatlara çıxışını məhdudlaşdırıb. ABŞ Senatının Təxsisatlar Komitəsinin üzvü, Konnektikut ştatından olan demokrat senator Kris Mörfi İranın zərbələrindən sonra dəymiş ziyanın miqyasını qiymətləndirmək və maliyyələşdirmə ilə bağlı müraciətləri əsaslandırmaq məqsədilə Qətərdəki Əl-Udeyd aviabazasına səfər etmək istəyib.

Pentaqon senatorun müraciətini rədd edib. Respublikaçı senator Coni Ernstlə bağlı da oxşar hal yaşanıb. Pentaqon ətraflı təhlil təqdim etmək əvəzinə, hesabatlılığı təbliğat xarakterli məlumatlarla əvəz edib. Qurum münaqişənin gedişini vurulan hədəflərin sayı (ilk həftələrdə 13 min) və bölgəyə yerləşdirilən hərbi texnikanın miqdarı ilə ifadə edir. Mətbuat da faktiki olaraq informasiya blokadasında qalıb. Hərbi hissələrə buraxılan jurnalistlərin sayı olduqca azdır. Münaqişənin ilk günlərində müntəzəm keçirilən bir sıra mətbuat konfransından sonra isə Heqset faktiki olaraq bu tədbirləri dayandırıb. Bundan əlavə, hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını tənqid edən bir sıra KİV nümayəndəsinin Ağ Evə girişinə Tramp administrasiyası tərəfindən qadağa qoyulub",- məlumatda deyilib.

Tarix
2026.11.23 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla