Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
08:30
| Ana səhifə Planet |
|
Rusiyanın uzaqmənzilli zərbələrinin dağıdıcı gücü Ukrayna qüvvələrinin imkanlarını xeyli üstələyir və ölkə iqtisadiyyatına ciddi ziyan vurur.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
Məlumata görə, hücumların nəticələri Avropa ölkələrinin üzərinə düşən maliyyə yükünü daha da artırır:
"Rusiya Prezidenti Vladimir Putinin uzaqmənzilli zərbələr endirmək baxımından üstünlüyü var. Ukraynanın Krım körpüsünə və neft emalı zavodlarına qarşı cəsarətli hücumlarına baxmayaraq, Rusiyanın zərbələrinin dağıdıcı gücü xeyli yüksəkdir. Bu zərbələr Ukrayna iqtisadiyyatına ciddi ziyan vurur, ölkəni vergi gəlirlərindən məhrum edir və bununla da Avropa ölkələrinin paytaxtlarının üzərinə düşən maliyyə yükünü artırır".
|
Tarix
2026.11.23 / 08:30
|
Müəllif
Axar.az
|