Yuxarı

“Ermənistan sülhə məcbur edilməlidir” - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan sülhə məcbur edilməlidir, əks halda bu ölkə qeyri-konstruktivliyini davam etdirəcək".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan tərəfinin Azərbaycanın qoşunların təmas xəttindən snayperləri çəkməsi tələbinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarıldığı və demilitarizasiya aparıldığı təqdirdə snayperlərlə bağlı bəhanələrə əsas qalmayacaq: "Həmsədrlər də bir şeyi dərk etməlidirlər ki, Ermənistan qarşısında konkret addımların atılması şərti qoyulmalıdır. Bəhanələrə üz çevrilməməlidir. Ermənistan tərəfinin bəhanələri münaqişənin həllinə mane olur".

E. Abdullayev Ermənistanın müxtəlif bəhanələrlə, qeyri-konstruktiv yanaşmalarla dünya ictimaiyyətini aldatmağa çalışdığını bildirib: "Amma ortada konkret bir durum var, işğal, insanların öz tarixi torpaqlarından qovulması faktı var. Azərbaycanın daim təklifi ondan ibarət olub ki, hərtərəfli sülh sazişi imzalansın, buna əsasən də münaqişənin mərhələli həlli həyata keçirilsin. Təbi ki bu həll, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılmaqla başlaya bilər. Belə olan halda Ermənistanın snayperlə bağlı bəhanələri də öz həllini tapmış olur".

Tarix
2014.03.16 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla