Yuxarı

Türkiyə ABŞ-dan uzaqlaşmayacaq – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yaxın zamanlarda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağını düşünmürəm.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsini şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Sözügedən təşkilatın Avropa Birliyindən (AB) üstün olmadığını deyən deputat Türkiyənin yaxın zamanlarda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağını düşünmür:

"Bu təşkilat Avropa Birliyi (AB) ilə eyni deyil. Yəni ŞƏT daha çox dialoq xarakteri daşıyır, AB isə xeyli inteqrasiya olunmuş bir təşkilatdır. Türkiyə öz daxili və xarici siyasətini daha müstəqil şəkildə aparmaq niyyətindədir. Bu siyasətin bundan sonra da nə dərəcədə uğurlu olacağını indidən demək çətindir. Ancaq hər bir halda Türkiyə ABŞ və NATO çərçivəsində müttəfiqliyindən uzaqlaşmayacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə AB ilə danışıqların ləğv ediləcəyi və ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsinin dəyərləndiriləcəyini bildirib.

Hazırda ŞƏT-in tərkibinə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Təşkilatda Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan müşahidəçi statusuna sahibdirlər.

Tarix
2016.11.23 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla