Yuxarı

Kiyevdə iki azərbaycanlı gənc döyüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı gənc radikal "Pravıy sektor" təşkilatının üzvləri tərəfindən döyülüb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə hücuma məruz qalanlardan biri - Azərbaycan vətəndaşı Elvin Əliyev məlumat verib. O, Sumqayıt şəhər sakini, Ukraynadakı universitetlərdən birinin yuxarı kurs tələbəsi, 1985-ci il təvəllüdlü Qarayev Şahid Şakir oğlu birlikdə hücuma məruz qaldıqlarını söyləyib.

Hadisənin bir həftə əvvəl baş verdiyini deyən E. Əliyev qeyd edib ki, daha çox zərər çəkən Ş. Qarayevin döyüldükdən pasportu və pul kisəsi "Pravıy sektor"un üzvləri tərəfindən alınıb və hələ də bir xəbər yoxdur. O, hadisəni belə nəql edib: "Həmin axşam biz "Bessarabskiy" bazarının yanında bir marketdən çıxırdıq. Qəflətən qolları etiketli, əli dəyənəkli "Pravıy sektor"un adamları ilə rastlaşdıq. Onlar içkili idilər. Bizi görən kimi "kaci, kaci" deyib (onlar digər millətləri belə adlandırırlar) üstümüzə cumdular.

Müqavimət göstərən Şahid Qarayevi bərk döydülər və pasportunu aldılar. Biz yerli rayon milisinə müraciət etsək də, bizə bildirdilər ki, onlar "Pravıy sektor"un aktivistləridir və milis onlara müdaxilə edə bilmir. Hətta pasportu da tapıb verə bilmədilər. Şahid Qarayev Azərbaycan səfirliyinin köməkliyi ilə Bakıya qayıdıb və yeni pasport almaq üçün müraciət edib".

E. Əliyev Ş. Qarayevin səhhətinin normal olduğunu deyib.

Tarix
2014.03.27 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla