Yuxarı

FHN-in nümayəndə heyəti Türkiyədə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 23-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğanla görüşən Əşrəf Qasımov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, mövcud əməkdaşlığın ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğan son illər Türkiyədə baş vermiş fövqəladə hallar zamanı - 2021-2022-ci illərdəki meşə yanğınlarının söndürülməsində, 2023-cü ildəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyin əhəmiyyətini vurğulayıb.

Görüşdə fövqəladə hallar zamanı hər iki ölkənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fəaliyyəti, təlimlərin təşkili, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, səfər çərçivəsində FHN-in nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotillə də görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı FHN-in nümayəndə heyəti Türkiyənin Jandarma Hava Qüvvələri Komandanlığının fəaliyyəti ilə yaxından tanış olub.

Tarix
2024.04.29 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla qapalı mövzumuz yoxdur - Lukaşenko

Paşinyan: Erməni sərhədçiləri Tavuşa yerləşdi

Rəsmi Bakıdan fransalı nazirə cavab: Rədd edirik!

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Lukaşenkonun təkbətək görüşü oldu

Darmanidən Azərbaycana qarşı absurd ittiham

Kirantsda iki ev Azərbaycana keçdi

Demarkasiya: Qazaxda hansı üstünlüyü əldə etdik?

Çevriliş cəhdi: Baxçalı Türkiyəni xilas edir - Oqtay

Bakı ilə protokolun imzalanması böyük uğurdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla